BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda 3 lizinq şirkəti cərimələndi

Azərbaycanda 3 lizinq şirkətinə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Azərilizinq”, “Meqalizinq” və Xəzərlizinq” MMC-lər barələrində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

 

Hər üç iş hakim Bəxtiyar Məmmədovun icraatına verilib. Məhkəmə iclaslarının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 9 Aprel 2022, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin