BURADA REKLAMINIZ OLA
BİLƏR

Podolyak: “Rusiya nümayəndə heyəti Buçada törədilən vəhşilikləri şərh etməkdən imtina edir”

Rusiya nümayəndə heyəti Buçada törədilən vəhşilikləri, Kramatorskdakı dəmiryol stansiyasına hücumu və Ukraynadakı digər hərbi cinayətləri şərh etməkdən imtina edir.

 

Pravda.az xəbər verir ki, bunu bunu Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak “Current Time” telekanalının efirində deyib.

 

O qeyd edib ki, ruslar bu faciələrdə "nasistləri" günahlandırır və bunu "Hollivud aktyorlarının tamaşası" adlandırırlar.

 

Onun sözlərinə görə, Rusiya Kramatorska hücuma görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edərək saxtakarlıq edib: “Etirazı başa düşə bilmirəm. Axı Rusiyaya qarşı müharibə qaydalarını pozduğuna görə hüquqi iddialar var. Bunlar beynəlxalq tribunallarda qaldırılan konkret cinayət işləridir və konkret komandirlər, müəyyən icraçılar o tribunala düşəcək”.

 

O əlavə edib ki, Kramatorsk dəmir yolu stansiyasına düşən raket “DXR”in ( Donetsk Xalq Respublikası) Şaxtersk şəhərindəki ərazisindən atılıb.

 

Leyla

Tarix: 9 Aprel 2022, 10:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin