BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bizdə rus əsgərlərinin müharibə cinayətlərini sübut edən qeydləri var"

"Məxfi xidmətimizdə rus əsgərlərinin müharibə cinayətlərini sübut edən qeydləri var".

Pravda.az xəbər verir ki, bunu Amerikanın CBS televiziyasına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski Rusiya silahlı qüvvələrinin törətdiyi hərbi cinayətlərlə bağlı araşdırmaların davam etdiyini bildirib.

"Məxfi xidmətimizin əldə etdiyi qeydlərdə ailələri ilə danışan rus əsgərləri nə oğurladıqlarını, kimləri qaçırdıqlarını deyirlər. İnsanları öldürdüklərini etiraf edən hərbi əsirlərin qeydləri də var. Bundan başqa həbsxanada saxlanılan rus pilotlarının üzərində bombalanacaq mülki hədəflərin xəritələri var idi” - Zelenski qeyd edib.

Leyla


Tarix: 9 Aprel 2022, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin