BURADA REKLAMINIZ OLA
BİLƏR

Orqan köçürülməsi ilə bağlı Koordinasiya Mərkəzinin fəaliyyətə başlayacağı tarix açıqlandı

Azərbaycanda insan orqan və toxumalarının transplantasiyası ilə bağlı Səhiyyə Nazirliyinin nəzdində yaradılan Koordinasiya Mərkəzi 2 aya hazır olacaq.

 

Bunu səhiyyə naziri Teymur Musayev deyib.

 

O bildirib ki, ən yaxın zamanda, hazırda ofisdə təmir işləri həyata keçirilir:

 

"Etik komissiyalar da həmin mərkəzində fəaliyyət göstərəcək. Bütün detallar ofisin açılışı zamanı bildiriləcək. Mərkəzin əsas məqsədi orqan köçürülməsinə ehtiyacı olan şəxslərin mərkəzləşdirilmiş bazasının yaratmaq, orada tibbi cəhətdən ədalətli prioritet sıraların qurulması, eləcə də mövcud olan orqan donor bazasının yaradılmasıdır. Əsas mövzu meyit donorları ilə bağlıdır. Bununla bağlı kifayət qədər böyük iş görülür. Artıq təlimlər keçirilir. Azərbaycanda artıq beyin ölümü meyarları qəbul olunur. Bu baxımdan həmin prosesə cəlb olunan mütəxəssislərin xüsusi təlimləri gedir. İnanırıq ki, qısa müddətdə koordinasiya mərkəzi beynəlxalq standartlara uyğun şəkildə öz fəaliyyətini həyata keçirməyə başlayacaq. Bizim cəmiyyət digər qabaqcıl ölkələr kimi bu proses tam şəffaf şəkildə icra olunacaq".

Tarix: 9 Aprel 2022, 11:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin