BURADA REKLAMINIZ OLA
BİLƏR

“ATƏT-in Minsk Qrupu faktiki yoxdur, hüquqi cəhətdən missiyasını itirib” - RƏY

“Rusiya-Ukrayna müharibəsi fonunda ATƏT-in Minsk Qrupunun həmsədrliyi, eyni zamanda Rusiyanın bir sıra beynəlxalq təşkilatlarda təmsilçiliyi ləğv olunmalı idi. Bu proses məhz Qərblə Rusiya arasında olan gərginliyin, "soyuq müharibə"nin təzahürüdür. Əsas məqam ondan ibarətdir ki, Minsk Qrupunun həmsədrləri ötən illər ərzində Qarabağ məsələsi ilə bağlı deklorativ bəyanatlardan başqa heç nə ilə yadda qalmayıb. Bu gün baş verən hadisələr, işğaldan azad edilmiş ərazilərdə mina problemi, “Böyük Qayıdış”ın gecikməsi birmənalı olaraq ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətsizliyi ilə bağlıdır. Həmin təşkilat proseslərə vaxtında müdaxilə etsəydi, Azərbaycan hərbi yola əl ataraq problemi tək başına həll etməzdi".

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

Deputat bildirib ki, son vaxtlar Azərbaycan və Ermənistan arasında danışıqlar Avropanın, eləcə də Prezident İlham Əliyevin üstünlüyü və vasitəçiliyi ilə keçirilirsə, deməli, Minsk Qrupuna, doğrudan da, ehtiyac yoxdur: "Prosesin bu cür davam edəcəyi gözlənilən idi. Həmçinin, bu məqamda Minsk Qrupunun həmsədrliyində təmsil olunan dövlətlərə diqqət etmək lazımdır. ABŞ ilə Rusiyanın istər daxili, isrərsə də xarici siyasətdə eyni nöqtəyə vurması qeyri-mümkündür, Fransa isə Qərbi dəstəkləyir. Görünən odur ki, əsas hədəf Rusiyanı regional məsələlərin həllindən beynəlxalq səviyyədə uzaqlaşdırmaqdır. Rusiyanın Xarici İşlər Nazirliyinin ötəngünkü bəyanatında da bunun bir daha şahidi olduq. Yəni, tərəflər özləri danışıqlara gedir, problemləri həll edir və Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransanın ayrı-ayrılıqda fikirlərini nəzərə alırlarsa, burada ATƏT Minsk Qrupuna nə ehtiyac var? Hesab edirəm ki, Minsk Qrupu, faktiki olaraq, artıq yoxdur və hüquqi cəhətdən də missiyasını itirib. İnandırıcı deyil ki, Minsk Qrupu bundan sonra hansısa fəaliyyəti ilə yadda qalsın. Məlumdur ki, həmin qurum konkret hansısa işin icrasında öz funksiyasını yerinə yetirə bilmədi”.

 

Nəzrin Cavid

Tarix: 9 Aprel 2022, 12:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin