BURADA REKLAMINIZ OLA
BİLƏR

“Bu, müəyyən dairələri qıcıqlandıra bilər” - Politoloq

“ABŞ-ın Azərbaycan və Ermənistan münasibətləri ilə bağlı mövqeyini dəqiq bilmək olmaz. Vaxt var idi ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü ciddi şəkildə müdafiə edirdi. İndi isə, faktiki olaraq, ərazi bütövlüyünə hörmət edilməsinə dair açıqlamalar verilsə də, müəyyən prinsipial məqamlarda bunun əksini nümayiş etdirir. İstənilən halda, Qarabağda yaşayan ermənilərin statusu həll edilməli, onların Azərbaycan cəmiyyətinə inteqrasiyası həyata keçirilməlidir”.

 

Bunu Pravda.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

 

Politoloq qeyd edib ki, ABŞ-ın müəyyən mənada ermənilərin mövqeyindən çıxış etdiyi doğrudur.

 

“Nəzərə almaq lazımdır ki, aprelin 6-da Avropa İttifaqının vasitəçiliyi ilə  Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutmuş görüş olduqca uğurlu olub. Orada nə “Dağlıq Qarabağ” ifadəsi işlənib, nə də ATƏT Minks Qrupuna istinad edilməyib. Yəni, bütün bunlar müəyyən dairələri qıcıqlandıra bilər. Bu, təbiidir. Əsas odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi gündəmdədir və bütün problemlər həllini tapacaq”,- deyə Q.Hüseynli bildirib.

 

Nəzrin Cavid

Tarix: 9 Aprel 2022, 12:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin