“Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşa şəhərində birgə iclası zəfərimizin təntənəsi, informasiya müharibəsində isə mühüm həmləmiz oldu. Şəxsən mənim üçün bu formatda keçirilən ilk iclasın iştirakçısı olmaq, çıxış etmək qürurvericidir. Xatırlayırsınızsa, cənab Prezident Şuşa işğaldan azad olunan gün bəyan etmişdi ki, əziz Şuşa, biz səni dirçəldəcəyik. Əlbəttə, hamımızın görülən işlərdən xəbəri var, amma Şuşaya gedərkən bu şəhərin gözünün önündə dirçəldiyinin şahidi olursan”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Deputat qeyd edib ki, qanunverici hakimiyyətin iclasını ilk dəfə paytaxtdan kənarda, məhz Şuşada keçirməsi ciddi siyasi yükə malikdir: “Şuşanın tarixini az-çox hamımız bilirik, məlumdur şəhərin əsası kim tərəfindən nə zaman qoyulub, hansı tarixi inkişaf yolu keçib, şəhər necə və kimlərin ucbatından süquta uğrayıb. Tam məsuliyyətimlə deyə bilərəm ki, müasir Şuşa cənab İlham Əliyevin əsəridir. Prezident İlham Əliyevin öndərliyində Şuşa düşmən işğalından azad olunub, şəhərdə tam sürətlə quruculuq bərpa prosesi həyata keçirilir, infrastruktur qurulur. Şuşa bu il bizim mədəniyyət paytaxtımızdır, gələn il üçün isə Türk dünyasının mədəniyyət paytaxtı elan olunub. Yəni, bir sözlə Şuşanı cənab İlham Əliyev dirçəldir. Sirr deyil ki, maddi resurslar olduğu təqdirdə, müasir dövrdə şəhər salmaq çətin məsələ deyil. Amma bir şəhərin tarixi ruhunu bərpa etmək mürəkkəb məsələdir, burada madiyyat artıq ikinci dərəcəyə keçir. Bu mənada, Şuşa bu gün yalnız dirçəlmir, həm də öz əzəli ruhunu bərpa edir, tarixi simasına qayıdır. Bu işdə, həmçinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd etmək istərdim. Bilirsiniz, əsgərlərimizin ardınca Mehriban xanımın tapşırığı ilə Heydər Əliyev Fondunun nümayəndələri də Şuşaya daxil oldu və bu şəhərin siması sayılan mədəni-tarixi abidələrin bərpası prosesinə start verildi. Bu gün bu şəhərin hər daşı, hər qayası, hər divarı, hər döngəsinə məxsusi yanaşılır. Buna səfərdə iştirak edən komitəmizin hər bir üzvü şahid oldu, şəxsən mənim dünənki gündən ilk təəssüratım o oldu ki, Şuşa öz tarixi ruhunu bərpa etməklə dirçəlməkdədir. O ki qaldı iclasın əhəmiyyətinə, bildiyim qədəri ilə müstəqillik tariximizdə heç vaxt Parlamentin plenar və ya komitə iclası Bakıdan kənarda keçirilməyib. İndi qanunverici hakimiyyətin öz iclasını ilk dəfə paytaxtdan kənarda, məhz Şuşada keçirməsi həm də özlüyündə ciddi siyasi yükə malikdir. Biz bu torpaqların əsl sahibinin kim olduğunu və bundan sonra da kim olacağını dünyaya bir daha bəyan etdik. Eyni zamanda, ordumuzun gücünə, imkanlarına güvəndiyimizi, Azərbaycan əsgərinin olduğu hər yerin bizim üçün dünyanın ən təhlükəsiz məkanı sayıldığını əməli olaraq göstərdik”.
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin