BURADA REKLAMINIZ OLA
BİLƏR

“Böyük ehtimalla yaxın aylarda hökumət Tarif Şurası vasitəsilə qiymət artımı qərarını elan edəcək”

“Xeyli sayda nəqliyyat şirkəti gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına müraciət edib. Dünyada gedən tendensiyaların əksinə olaraq Azərbaycanda ictimai nəqliyyatdə gediş haqlarının artırılması tendendiyası mövcuddur. Dövri olaraq müxtəlif şirkətlər tarifərin aşağı olmasını əsas gətirərək onun qaldırılması təşəbbüsü ilə çıxış edirlər. Hökumət qiymət artımının müzakirə edilmədiyi bildirsə də, böyük ehtimalla yaxın aylarda hökumət Tarif Şurası vasitəsilə qiymət artımı qərarını elan edəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Samir Əliyev bildirib.

 

“Artımın nə qədər olacağını demək çətindir. Əsaslandırma da yəqin ki bir tərəfindən neft və qazın bahalaşması fonunda yanacağın və sıxılmış qazın qiymətinin artması, digər tərəfdən pademiyanın dünyada logistika zəncirində problemlər yaratması səbəbindən ehtiyat hissələrinin bahalaşması olacaq. İctimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasının vacibliyi də artımı əsaslandıran amil olaraq vurğulanacaq. Şəhərdə havanın çirkənməsindən, tıxacların yaranmasından, parklanma yerlərinin olmamasında şikayətlənirik, ancaq bu problemlərin həllinə töhfə verən ictimai nəqliyyat xidmətinin keyfiyyətini artıra bilmirik. Hökumət insanların şəxsi avtomobildən ictimai nəqliyyata yönəltmək üçün qiymətləri cəlbedci etmək əvəzinə onu bahalaşdırmağa barədə düşünür” – S.Əliyev qeyd edib.

Tarix: 10 Aprel 2022, 10:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin