“2018-ci ilin aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində əldə edilən siyasi qələbə tarixi siyasi əhəmiyyətinə görə çağdaş dövlətçilik tariximizin dünya birliyində güclü və qalib dövlət kimi bir daha sübutudur. Məhz bu gün şərəfli xalqımız azad seçimi ilə müdrik və uzaqgörən olduğunu yenidən göstərdi. Təkcə bir faktı demək kifayətdir ki, son prezident seçkilərinin nəticələri xalqımızın öz taleyinə, eləcə də dövlətimizin gələcək taleyinə nə qədər məsuliyyətlə, cavabdehlik və həsasslıqla yanaşmasını göstərdi. Bu seçkidə xalqın mütləq əksəriyyəti özünün əvəzedilməz lideri İlham Əliyevi seçdi. Bu, həm də xalqımızın Ümummilli Lideri Heydər Əliyevə və onun əbədiyaşar irsinə olan sədaqət göstəricisi idi”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Deputatın sözlərinə görə, növbədənkənar prezident seçkiləri bir daha göstərdi ki, xalq bu seçimi ilə Azərbaycanın taleyində müstəsna rola malik ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiqdir: “Bu seçki Azərbaycan xalqı tərəfindən ölkəmizi regionun liderinə və beynəlxalq aləmdə nüfuzlu və etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevin siyasi kursunun alternativinin olmadığını təsdiq etdi. Xüsusilə qeyd etmək lazımdır ki, məhz növbəti dəfə xalqdan etimad mandatı alan Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son dörd ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoydu. Çağdaş dövlətçiliyimizin ən parlaq səhifələrindən olan bu rezonans mərhələsi ölkəmizdə genişmiqyaslı və ardıcıl islahatlarla səciyyələnir. Dövlətimizin başçının “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” adlandırdığı həmin islahatların həyata keçirilməsi göstərdi ki, onlar təşkilati, sosial-iqtisadi, hüquq-məhkəmə, siyasi, struktur və kadr istiqamətləri əhatə etməklə çoxşaxəli və dinamikdir. Bu kompleks islahatlar proqramı və strategiyasını fərqləndirən xüsusiyyətlərdən biri də onun müasir çağırışlarla uzlaşmasıdır. Sözsüz ki, həyata keçirilən siyasət ölkəmizin daxili siyasi uğurlarını şərtləndirməklə, bütövlükdə cəmiyyəti səfərbər edərək, vətəndaş həmrəyliyini daha da güclü edir. Müdrik və uzaqgörən siyasi kurs əsasında həyata keçirilən bu islahatlar həm də ölkədə mövcud olan siyasi sabitliyə və təhlükəsizlik mühitinin dönməzliyinə təminat yaradır. Əlbəttə ki, həmrəylik və birlik üçün ən əsas şərt öz xalqını arxasınca aparmaq bacarığı olan güclü və xarizmalı lider amilidir. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarına malik olmaqla xalqın və dövlətin milli maraqlarını hər cür mənafelərin fövqünə yüksəldə bilsin. “Xalqın gözü tərəzidir” deyərlər. Bu mənada xalq öz taleyini yalnız və yalnız verdiyi vədi ilə əməlinin bir-birini tamanlayan liderə bağlayır. Həqiqətən də belə liderlər yetişdirən xalqlar böyük, əzəmətli və xoşbəxtdir. Öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış liderlər isə əbədiyaşardır. Bu baxımdan böyük qürur və iftixar hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev özü də xoşbəxt dövlət rəhbəridir. Bir sadə həqiqəti də qeyd etmək lazımdır ki, xalqımızın cənab Prezidentə olan sevgisinin əsas səbəblərindən biri də onun son on doqquz il ərzində ölkəmizi və millətimizi uca zirvələrə yüksəltməsindədir”.
M.İbrahimqızı, həmçinin, qeyd edib ki, möhtərəm Prezident ötən dövr ərzində hər hansı böyük dövlətin və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, xalqımızın və dövlətimizin milli maraqlarına xidmət edərək, müstəqil siyasət həyata keçirir: “Məhz bu siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasətində təzahür edir. Bu, bir gerçəklikdir ki, möhtərəm Prezidentimizin son prezident seçkilərindən sonra bəyan etdiyi genişmiqyaslı və hərtərəfli islahatlar kursu sayəsində Azərbaycanın siması büsbütün dəyişməkdədir. Müasir, sivil, demokratik inkişaf yolunu seçmiş Azərbaycanın səsi dünyanın aparıcı media səhifələrində da ucadan eşidilməkdədir. Bunu biz 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrlərdə görürdük. Sirr deyil ki, hər cür fors-major vəziyyətlərdə xalqı ilə bir olan Prezident İlham Əliyevə xalq da hər zaman qranit qaya kimi dayaq olub. Onun hadisə və proseslərə prinsipial və qətiyyətli yanaşma tərzinə, preventiv, profilaktik, ardıcıl və sistemli qərar qəbuletmə məharətinə və sarsılmaz iradəsinə görə hər bir bədxah güc bu birliyin qarşısında acizdir. Bu həqiqət qeyd etdiyim kimi 44 günlük Vətən müharibəsi zamanı və bütün dünya dövlətlərini öz əsarətinə almış COVİD-19 pandemiyası ilə qlobal mübarizə şəraitində özünü bir daha büruzə verdi. Xalqımızın iftixarı Prezidentimiz cənab İlham Əliyevin müəllifi olduğu dayanıqlı inkişaf siyasətinin təntənəsi təkcə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində deyil, həm də tarix yazan güclü ordusunda da öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib. 2020-ci ilin 8 noyabrında qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir əməliyyatları ilə azad edilməsi və düşmənin müqavimət potensialının darmadağın edilməsi möhtəşəm Zəfərimizin və 44 günlük Vətən müharibəsinin ən parlaq səhifəsidir. Məhz noyabr ayının 10-da üç ölkənin prezidentləri cənab İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşinyanın imzaladığı üçtərəfli Bəyanat da regionda uzunmüddətli münaqişənin hərbi fazasının başa çatması və işğalçı Ermənistan dövlətinin kapitulyasiyası Aktı adlandırılır. Əslində bu həm də Ordumuzun əldə etdiyi tarixi zəfəri Müzəffər Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin rəhbərliyilə ölkəmizdə həyata keçirilən təhlükəsizlik və ümumi inkişaf doktrinasının təntənəsi kimi qiymətləndirilməlidir. Bu tarixi zəfərin digər mühüm və çox böyük siyasi əhəmiyyəti haqda Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında yekun nitqində tarixi nailiyyət adlandırdığı Zəngəzur dəhlizinin inşasıdır. Ötən dövr ərzində möhtərəm Prezidentimizin keçirdiyi bütün görüşlərdə və qəbul edilən sənədlərdə, Brüssel və ya Moskvada qəbul edilmiş Üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin əhəmiyyəti, inşa olunması və istifadəyə verilməsi öz əksini tapıb. “Zəngəzur dəhlizi” məsələsinə xüsusi əhəmiyyət verən Prezidentimiz cənab İlham Əliyev ötən ilin 31 mart tarixində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (hazırda TDT-adlanır) videokonfrans formatında qeyri-formal Zirvə görüşündə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirməsini türk dünyasının coğrafi parçalanması və türk dünyasına vurulan xəncər adlandırıb. Son olaraq, Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Moskva Bəyannaməsi, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən Müharibəsində Azərbaycanın tam qələbəsini təmin edən həlledici amillərdir. Elə bir qələbə ki, şəhidlərimizin ruhunu şad edib, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə - Azərbaycan xalqına qaytarıb. Yaşasın xilaskar Ali Baş Komandanımız! Yaşasın müzəffər Ordumuz! Yaşasın qalib Xalqımız! Qarabağ Azərbaycandır!”
Nəzrin Cavid
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin