BURADA REKLAMINIZ OLA
BİLƏR

“Cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsindən sonra dövlət daha da güclənib” - RƏY

“Bu gün cənab İlham Əliyevin növbəti dəfə prezident seçilməsinin dörd ili tamam olur. Doğrudan da, ötən dörd il çox əlamətdar və mühüm məsələlərlə əhatə edilib, tarixi hadisələrlə yadda qalıb. Belə hadisələrin ən mühümü isə, əlbəttə ki, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki qələbəsidir. Ümumiyyətlə, İkinci Dünya müharibəsindən sonra torpaqların döyüşərək azad edilməsi halı yadıma gəlmir. Amma Prezident, Ali Baş Komandan İlham Əliyev bunu bacardı və işğalda olan Vətən torpaqlarının böyük əksəriyyətini azad etdi. İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı da öz ordusunu, Ali Baş Komandanını müdafiə etdi, Prezidentin ətrafında sıx birləşdi”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

Deputat qeyd edib ki, İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu uğur son 200 illik Azərbaycan tarixində ilk hadisə idi: “Bundan başqa, biz bu illər ərzində İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi nüfuzunun daha da artmasının şahidi olduq. Prezident İlham Əliyev gördüyü işlər, BMT-yə verdiyi təkliflər nəticəsində inkişafa töhfə verdi və onun sədrlik müddətinin uzadılmasına qərar verildi. Həmçinin, COVID-19 pandemiyası dövründə də ciddi işlər həyata keçirildi, qabaqlayıcı tədbirlər görüldü. Təsadüfi deyil ki, Azərbaycan pandemiyadan ən az itkilərlə çıxan dövlətlər sırasındadır. Azərbaycan iqtisadi inkişafa qədəm qoyub. Qeyri-neft sektoru da yüksək templə inkişaf edir. Hesab edirəm ki, bu inkişaf davamlı olacaq. Digər tərəfdən, artıq ikinci ildir ki quruculuq işlərinə, işğaldan azad edilmiş ərazilərin bərpasına büdcədən 1.5 milyard vəsait ayrılır. Fikrimcə, Azərbaycanın beynəlxalq nüfuzunun artmasında Prezident İlham Əliyevin rolu böyükdür. Prezidentin nail olduğu əsas uğurlardan biri də elə qlobal mənada artan nüfuzudur. Dörd il ərzində ölkədə dövlətçilik daha da möhkəmlənib. Diqqət edin, müharibədən çıxmış dövlətlər, adətən, sarsılmış iqtisadiyyata malik olurlar, lakin bu, Azərbaycanda bir o qədər sezilmədi. Azərbaycan dövləti yenidən iqtisadi yüksəlişə qədəm qoyub. Biz Vəhdət Partiyası adından da Prezident İlham Əliyevi təbrik edir, ona işlərində uğurlar arzulayırıq”.

 

Nəzrin Cavid.

Tarix: 11 Aprel 2022, 12:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin