BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin bu gün Nehammer ilə görüşəcək

Bu gün Rusiya Prezidenti Vladimir Putin Moskvada Avstriya kansleri Karl Nehammer ilə görüşəcək.

 

Pravda.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

 

Peskovun sözlərinə görə, Putin və Nehammer arasındakı danışıqlar Ukrayna ətrafındakı vəziyyətə həsr olunacaq və qapalı formatda keçiriləcək.

 

Qeyd: Nehammer Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayandan bəri Rusiyaya səfər edən ilk Qərb lideridir.

 

Xatırlatma: Nehammer ötən şənbə Ukraynaya da səfər edib və burada Ukrayna Prezidenti Volodimir Zelenski, Ukraynanın Baş naziri Denis Şmıqal və Kiyev meri Vitali Kliçko ilə görüşüb.

 

Leyla

 

Tarix: 11 Aprel 2022, 13:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin