BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavid Qurbanov sabiq deputatın daha bir şirkətini məhkəməyə verdi

"Azərbaycan Dəmir Yolları" QSC "Karmen" MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə QSC Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

 

Məlumat vahid məhkəmə portalında qeyd edilib. Lakin iddia tələbi barədə məlumat açıqlanmayıb.

 

İş hakim Zaur Pirverdiyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 

Qeyd: "Karmen" MMC sabiq deputat Əsabil Qasımova məxsusdur.

 

"Azərbaycan Dəmir Yolları" QSC daha əvvəl keçmiş deputatın digər şirkəti "Karat holding"i də məhkəməyə vermişdi.

 

Kamal Məmmədov

Tarix: 11 Aprel 2022, 14:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin