BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenski ilə Putin bu halda görüşə bilər - Podolyak açıqladı

Ukrayna prezident aparatı rəhbərinin müşaviri Mixaylo Podolyakın Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putinin görüşünün perspektivlərini şərh edib.

Pravda.az xəbər verir ki, M.Podolyakın sözlərinə görə, “yaxşı dialoq” üçün iki amil lazımdır.

"Prezidentlərin görüşü olsa, bu çox yaxşı olar, ancaq arzuolunan haldır ki, bu Rusiya ordusunun bütün mənzərəsini göstərəndən sonra baş tutsun. Həmçinin, danışıqlar prosesinin bir hissəsi kimi bütün sənədlər lazımi qaydada hazırlanmalıdır. Bu iki komponent olarsa, Ukrayna üçün uğurlu dialoq əldə etmək mümkün olar. Bu mənim şəxsi fikrimdir” - Podolyak bildirib.

Leyla


Tarix: 11 Aprel 2022, 15:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin