BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə həyata keçirilən islahatların hər biri nəticəsini verib” - Deputat

“Prezident İlham Əliyevin 18 illik hakimiyyəti dövründə Azərbaycan dövlətinin nəhəng inkişaf yolu keçdiyinin şahidiyik. Əsrə bərabər olan 18 il ölkəmizin hərtərəfli inkişafını şərtləndirib. işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində qələbə ilə yekunlaşıb. Qarabağ zəfəri Azərbaycan xalqının qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazılıb. Biz qalib xalqa çevrilmiş və Zəfər nəticəsində, regionda yeni reallıqlar yaratmışıq”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

 

Deputat qeyd edib ki, İlham Əliyevin prezidentliyi dövründə iqtisadi, sosial, mədəni, ordu quruculuğu və digər bütün sahələrdə inkişafa nail olunub: "Müxtəlif sahələrdə həyata keçirilən islahatların hər biri öz nəticəsini verib. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır. Ali Baş Komandanın məhz bu orduya qüdrətli sərkərdəliyi ilə 2020-ci ilin sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə cavab olaraq qurtuluş savaşını başlamışıq. Nəhayət, dünyanı heyrətə gətirən V nəsil müharibə taktikaları ilə Azərbaycan Ordusu 30 il ərzində işğalda qalan torpaqları 44 gün ərzində azad edib. Qeyd etmək lazımdır ki, Prezidentin uğurlu xarici siyasəti nəticəsində BMT-nin dörd qətnaməsinin icrası ötən dörd ilin ən böyük nailiyyətlərindəndir. Azərbaycan iqtisadiyyatı ötən illər ərzində 3.2 dəfə artıb, yoxsulluq faizi 49 faizdən 5 faizə enib, 2 milyondan çox yeni iş yerləri açılıb. Həmçinin, əmək haqları, maaş və pensiyalar, təqaüdlər dəfələrlə artırılıb. Ümumiyyətlə, siyasi-iqtisadi, regional imkanlar Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirib. Bu gün Azərbaycan olmadan regionda heç bir irimiqyaslı layihə icra edilə bilməz. Bu, Prezident İlham Əliyevin rəhbərliyi altında daha da güclənmiş müasir Azərbaycanın simasıdır. Şübhəsiz ki, Azərbaycan dövləti vətəndaşlarına layiqli və yüksək səviyyəli xidmət göstərir. Biz dünyanın sayılıb- seçilən ölkələri sırasında yüksək yerlərdə durmağımız üçün cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməliyik. Bu, ölkəmizin işıqlı gələcəyi naminə vacibdir”.

 

Nəzrin Cavid

Tarix: 11 Aprel 2022, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin