BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Taleh Kazımov kifayət qədər səriştəli və professional maliyyəçidir”

“Mərkəzi Bankın İdarə Heyəti üzvlüyünə təyin edilən Taleh Kazımovu şəxsən tanımasam da, onun barəsində kifayət qədər məlumatlıyam. O, kifayət qədər səriştəli və professional maliyyəçidir. Milli Məclisdə Mərkəzi Bankın yeni heyətinə xahişlərimizi etdik, təklif və gözləntilərimizi bildirdik”.

 

Bunu Pravda.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

 

Deputat qeyd edib ki, təkliflər əsasən kreditlərin faiz dərəcəsinin aşağı salınması ilə bağlı olub: “Yerli bazarda biznesmenlər üçün bank kreditlərinin əlçatan olması gözləntilər sırasındadır. Həmçinin, ümid edirik ki, gələcəkdə də sıx iş birliyimiz olacaq. Bütün təklif və xahişlərimiz müsbət qarşılandı”.

 

Nəzrin Cavid

Tarix: 11 Aprel 2022, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin