BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda “Poz, qazan” ani lotoreyası qadağan edilə bilərmi? - AÇIQLAMA

“Lotoreya oyunları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində geniş yayılıb. Lakin hesab edirəm ki, lotoreyanın kütləvi yayılması və təbliği müəyyən mənfi nəticələrə səbəb ola bilər. Son dövrlər ölkədə geniş yayılmış “Poz, qazan” ani lotoreyası ilə bağlı da bu amil nəzərə alınmalıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

 

Deputat qeyd edib ki, belə lotoreyaların geniş təbliği gənclərin tərbiyəsinə və əhalinin ümumi vəziyyətinə ciddi təsir göstərə bilər: “Fikrimcə, bu prosesin ölkə əhalisinin sosial durumuna təsirini nəzərə alaraq müvafiq addımlar atılmalıdır. Yəni, “Poz, qazan” lotoreyasının geniş təbliğinin müəyyən fəsadlara səbəb olacağını unutmaq olmaz. İncə məqamlarla diqqətli davranmaq lazımdır. Bu, gələcəkdə baş verə biləcək hadisələrdən özümüzü sığortalamağımız üçün vacibdir”.

 

Nəzrin Cavid

Tarix: 11 Aprel 2022, 17:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin