BURADA REKLAMINIZ OLA
BİLƏR

"SEPAH Bakıya mesaj göndərir ki, Ermənistan sərhədi toxunulmazdır..."

"İranın İslam İnqilabının Keşikçiləri Korpusu öz “Twitter” səhifəsində video paylaşaraq “beynəlxalq sərhədlərin dəyişdirilməsi məqsədilə istənilən plana sərt cavab verəcəyi” xəbərdarlığını hər dəfə təkrarlayır. Aydındır ki, hədəf Azərbaycandır. Çünki videoda Ermənistan sərhədi və Zəngəzur qırmızı xətlə işarələnib. Yəni SEPAH Bakıya mesaj göndərir ki, Ermənistan sərhədi toxunulmazdır..."


Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.


"Bərhədlərin dəyişdirilməsinin belə əleyhinəsinizsə, Rusiyanın Ukrayna sərhədinin dəyişdirilməsinə niyə etiraz etmirsiz, bununla bağlı video paylaşmırsız? Yenə ikili standartlar? SEPAH-ın videosu qarşılığında Azərbaycan Müdafiə Nazirliyinin və Sərhəd Xidmətinin internetdə başqa video yayımlamasına ehtiyac var. Həmin videoda Qarabağa qanunsuz yük daşımaları və Azərbaycan ərazisinə narkotik maddələr keçirməyə çalışan sərhəd pozucularının görüntüləri yayımlanmalı və Azərbaycanın bu qanunsuzluğa qarşı daima mübarizə aparacağı vurğulanmalıdır" - E.Şahinoğlu qeyd edib.

 

Nadir 

Tarix: 11 Aprel 2022, 21:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin