BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN vəkili cərimələdi

Azərbaycanda vəkilə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun üzvü Ərəbov Sənan İlyas oğlu barəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nizami Rayon Məhkəməsinə (Gəncə) göndərilib.

 

İş hakim Gündüz Şirinovun icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: S.Ərəbov 1 ildir ki, Gəncə şəhər 1 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.

Tarix: 12 Aprel 2022, 07:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin