BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda Poroşenkonun şirkətinə protokol tərtib edildi

Bakıda tanınmış şirkətə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, "Azroşen" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Ülviyyə Şükürovanın icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Ukraynanın "Roşen" şirkətinin Azərbaycan filialı olan "Azroşen" MMC 2003-cü ildə qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Şirkət şirniyyat məhsullarının hazırlanması ilə məşğul olur.

 

"Roşen" şirkətinin sahibi Ukraynanın sabiq prezidenti Petro Poroşenkodur.

 

Kamal Məmmədov

Tarix: 12 Aprel 2022, 07:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin