BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azəralüminium" cərimələndi

 

"Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Kəpəz Rayon Məhkəməsinə (Gəncə) göndərilib.

 

İş hakim Cavid Tağıyevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 12 Aprel 2022, 08:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin