BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtoyuma məntəqəsində güclü yanğın - VİDEO

Bakıda avtoyuma məntəqəsində yanğın baş verib.

 

Fövqəladə Hallar Nazirliyindən Pravda.az-a verilən xəbərə görə, hadisə Nizami rayonunda, "Lotos” Ticarət Mərkəzinin arxasında yerləşən avtoyuma məntəqəsində qeydə alınıb.

 

Ümumi sahəsi 40 m² olan avtoyuma məntəqəsinin damının taxta atmaları və içərisində olan əşyalar 10 m² sahədə yanıb.

 

Avtoyuma məntəqəsinin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Tarix: 28 Fevral 2020, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin