BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Əhmədov: “Elman Rüstəmovun əməyini yüksək qiymətləndirirəm”

“Elman Rüstəmov 27 ildir ki, Mərkəzi Banka rəhbərlik edir. O, 1991-ci ildən başlayaraq üç il Mərkəzi Bankın İdarə Heyətinin sədrinin birinci müavini, daha sonra isə 27 il qurumun sədri vəzifəsində çalışıb. Elman Rüstəmov kifayət qədər peşəkar bankir idi, böyük təcrübəsi var idi. Onun ölkədə bank sisteminin inkişafında, yeni bankların açılmasında rolu böyükdür”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

 

Deputat qeyd edib ki, Elman Rüstəmovun əməyini yüksək qiymətləndirir: “Elman Rüstəmov çətin vəziyyətlərdə yüksək bankir təcrübəsindən istifadə edirdi. Doğrudur, devalvasiya hadisəsi onun dövrünə təsadüf edib, amma bu, normaldır. Həyatdır, həyatda belə şeylər çox olur. Elman Rüstəmovun 2025-ci ildən daha tez vaxtda vəzifədən azad edilməsinə gəlincə isə, bu məsələlər dövlət başçısının səlahiyyətindədir. Həmçinin, bu, ölkədə aparılan gəncləşdirmə siyasəti ilə də bağlı ola bilər. Yəni, hakimiyyətə daha çox cavan kadrlar gətirilir, müəyyən qədər yaşlı kadrlar isə kənarlaşdırılır. Yeni kadrdan gözləntilərimiz və təkliflər barədə məlumat vermişik. Ümid edirik ki, bank sistemində əhalini narahat edən problemler həllini tapacaq. Yeni sədr Taleh Kazımov bizim təkliflərimizi müsbət qarşılayıb. Hesab edirəm ki, gələcəkdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Mərkəzi Bank arasındakı əlaqələr daha da gücləndiriləcək”.

 

Nəzrin Cavid

Tarix: 12 Aprel 2022, 12:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin