BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir əmr imzaladı

Təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr imzalayıb.

 

Əmrdə qeyd olunub ki, Təhsil Nazirliyi tərəfindən 1998-ci ildə təsdiq edilmiş “Məktəbəqədər müəssisələrdə tərbiyə və təlim proqramı” və Təhsil Nazirliyinin 10 iyul 2012-ci il tarixli 1329 nömrəli əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilsin.

 

Əmrdə Təhsil İnstitutuna “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanması tapşırılıb.

 

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Tarix: 12 Aprel 2022, 12:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin