BURADA REKLAMINIZ OLA
BİLƏR

Zelenskidən çağırış

Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqına üzv ölkələri Rusiya qazı və neftindən imtina etmək üçün konkret müddət təyin etməyə çağırıb.

 

Pravda.az xəbər verir ki, o, bunu Litva parlamentinə müraciətində bildirib.

 

Zelenski qeyd edib ki, bu qərar Rusiyaya qarşı sanksiyalarla bağlı yeni paketlərin qəbulunu gözləmədən təsdiq edilməlidir.

 

“Aİ bunu edə bilər və bütün vasitələrlə sanksiyalara nefti daxil etməlidir, özü də tez bir zamanda. Rusiya banklarına da sanksiya tətbiq etməlidir, lakin bir hissəsinə deyil, hamısına. Rusiya qazı və neftindən imtina üçün konkret müddət müəyyən edilməlidir.", - deyə Zelenski müraciətində bildirib.

 

Leyla

O, qeyd edib ki, bəzi Aİ ölkələri hələ də nə vaxt Rusiyanın enerji resurslarının alışını məhdudlaşdıracaqlarına qərar verə bilmirlər.

Tarix: 12 Aprel 2022, 13:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin