BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bir çox vacib məqamlara toxunulub” - RƏY

“Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə bir çox vacib məqamlara toxunuldu. Həmin məsələlərdən biri də Azərbaycan və Ermənistan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində atılan addımlarla bağlıdır. Məlumdur ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində yaratdığı yeni reallıqlar BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ümumiyyətlə bütün beynəlxalq təşkilatlar, eləcə də Ermənistan dövləti tərəfindən qəbul edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın təqdim etdiyi 5 maddədən ibarət sülh təklifinin qəbul edildiyini Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə keçirilən üçtərəfli görüşdə bəyan edib. Həmin sülh təklifləri sivil dövlətlərin qonşuluq münasibətlərinə əsaslanır. Prezident müşavirədə qeyd etdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aprelin sonuna qədər təmasın əldə olunmasına dair razılıq əldə edilib. Bu, sevindirici haldır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat qeyd edib ki, 30 ildən sonra iki dövlətin xarici işlər nazirləri arasında telefon danışığının baş tutması da münasibətlərin yaxşılaşdırılması istiqamətdində mühüm addımdır: "Prezidentin sədrliyi ilə keçirilən müşavirədə, həmçinin, sərhədlərin delimitasiya və demarkasiyası üçün birgə komissiyasının yaradılması məsələsinə toxunulub. Cənab Prezident müşavirədə həmin məsələləri bir daha gündəmə gətirdi. Burada əsas məqsəd ondan ibarətdir ki, Ermənistanla münasibətlər normallaşsın. Eyni zamanda, müşavirədə digər bir sıra mesajlar ötürüldü. Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın silahlandırılmasına son qoyulmalıdır. Doğrudan da, əgər ötən 30 il ərzində Ermənistanı dəstəkləyən, onlara dayaq duran və silahlandıran havadarları olmasaydı, Ermənistan elə ən başından məğlub olacaqdı. Prezident haqlı olaraq qeyd etdi ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistanın 5 milyard dollarlıq silah-sursatını məhv etmişik. Yəni, bu qədər güc Ermənistanda haradandır? Təbii ki, Ermənistan bu qədər silah-sursatı ona verilmiş güzəştli kreditlər, hədiyyələr sayəsində əldə edib. Əks halda isə, Ermənistan boynunu büküb Azərbaycanın qarşısında dayanardı, müharibə də 30 il davam etməzdi. Ona görə də müəyyən dairələr Ermənistana silah verməyə davam etməsələr, regionda uzunmüddətli sülhün bərpasına daha tez nail olmaq olar. Lakin istənilən halda, hətt Ermənistan silahlandırılmağa davam edilsə belə, Azərbaycanın Ermənistanı məğlub etməyə hər zaman gücü çatır. Azərbaycan Ordusu cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi əmri və tapşırığı ilə yeni səviyyəyə çatıb və qarşısına qoyduğu hər bir vəzifəni yüksək səviyyədə icra etməyə hazırdır”.

 

Nəzrin Cavid

Tarix: 13 Aprel 2022, 11:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin