BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda küçədə qadına şillə vuraraq qaçan şəxsin məhkəməsi başlayır - VİDEO

Bakıda qadına qarşı xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən Əhməd Hüseynov məhkəmə qarşısına çıxarılır.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, cinayət işi yekunlaşdırılaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Hüseyn Səfərovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı aprelin 22-nə təyin edilib.

 

Cinayət işi üzrə zərərçəkmiş qismində Yasmin Quluzadə tanınır.

 

Qeyd: Paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov fevral ayında ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.

 

Belə ki, o, bir neçə qadına küçədə şillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.

 

İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

 

Yasamal Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

Tarix: 13 Aprel 2022, 12:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin