BURADA REKLAMINIZ OLA
BİLƏR

“Prezidentin sədrliyi ilə keçirilən müşavirə xalqın əvəzedilməz lideri İlham Əliyevin yenilməzliyinin növbəti sübutu idi” - RƏY

“Prezident İlham Əliyev aprelin 12-də ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirənin həm əvvəlində, həm də sonunda çox parlaq çıxış etdi. Möhtərəm Prezidentin həmin çıxışını dinlədikcə, müşavirəni izlədikcə Prezident İlham Əliyevlə, onun həyata keçirdiyi möhtəşəm işlərlə, eləcə də azərbaycanlı olduğumuz üçün bir daha qürur duyduq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müşavirəni həm 2022-ci ilin birinci rübündə görülən işlərin hesabatı, həm də 2021-ci ildə həyata keçirilən işlərə yekun baxış adlandırmaq olar. 2021-ci il postmüharibə dövrünün ilk ili, həm də yola saldığımız ildir. Ona görə də cari ilin ilk rübünün hesabatından əvvəl 2021-ci ildə həyata keçirilən işlərə nəzər salmaq çox vacib idi. Nəzərə almaq lazımdır ki, cari ildə həyata keçirilənlər ötən ilin məntiqi davamıdır”.

 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

Deputatın sözlərinə görə, doğrudan da, möhtərəm Prezidentin qeyd etdiyi kimi, müşavirədə birinci rübdə ölkədə görülən işlər barədə müzakirə aparılsaydı, saatlar kifayət etməzdi: “Bu mənada, müşavirədə xalqın hər bir nümayəndəsi, eləcə də dövlətimiz və şəxsən Prezident İlham Əliyev üçün prioritet məsələ olan işğaldan azad edilmiş ərazilərdə yekunlaşan, hazırda icra edilən və planlaşdırılan məsələlərə xüsusi diqqət yetirildi. Bu müşavirəni bir növ ictimayyətə verilən hesabat da adlandırmaq olar. Prezidentin çıxışı həmişə olduğu kimi mükəmməl idi. Azərbaycanın təkcə işğaldan azad edilmiş ərazilərində bu qədər möhtəşəm işlərin görülməsi, üstəlik, bütün bu layihələrin Azərbaycan dövlətinin təkbaşına icra etməsi hər kəsdə iftixar hissi doğurur. Prezident İlham Əliyev qeyd etdi ki, dövlət postmünaqişə dövründə fəaliyyətini əsasən iki istiqamətdə qurub. Bunlardan birincisi, qazanılmış möhtəşəm qələbənin beynəlxalq səviyyədə tanıdılması, eləcə də bölgədə yaradılan yeni reallıqların beynəlxalq təşkilatlar və dünyanın güc mərkəzlərinə qəbul etdirilməsi, ikincisi isə, işğaldan azad edilən ərazilərdə quruculuq, bərpa işlərinin həyata keçirilməsi ilə bağlıdır. Şübhəsiz ki, hər iki prioritetə nail olunub. Prezidentin fitri istedadı, müdrik və unikal diplomatiyası, onun zəngin siyasi təcrübəsi sayəsində cəmi bir il ərzində möhtəşəm Zəfəri və regionda yaranmış mövcud reallıqları beynəlxalq aləmdə tanıtmağa nail olduğumuzu qürurla deyə bilərik. Möhtərəm Prezident bir daha vurğuladı ki, Vətən müharibəsinə qədər Azərbaycana qarşı davamlı olaraq ikili standartlar tətbiq edilib, ATƏT-in Minsk Qrupu fəaliyyətsiz qalıb, həm ötən 30 il ərzində, həm də müharibə dövründə heç bir işə yaramayıb. Yəni, Azərbaycan öz problemini təkbaşına həll edib. Ötən il - postmüharibə dövrünün ilk ilində Azərbaycan istəyinə nail olub. Bölgədə yaranmış reallıqların qəbul edilməsi, münaqişənin həllini tapması, "Dağlıq Qarabağ" ifadəsinin olmaması əksər beynəlxalq təşkilatlar tərəfindən etiraf edilib. Doğrudan da, ötən il ərzində beynəlxalq aləmdə görülən işlər Azərbaycanın böyük uğurudur. Təsadüfi deyil ki, Avropa İttifaqı ilə Azərbaycan dövlətinin müharibədən sonrakı əməkdaşlığı daha da sürətlənib. Üstəgəl, Avropa İttifaqının təşəbbüsü ilə ötən müddətdə keçirilmiş üçtərəfli görüşlərdə, eləcə də qəbul edilmiş bəyanatlarda məhz Prezident İlham Əliyevin ilk günlərdən etibarən qaldırdığı məsələlər, verdiyi təkliflər öz əksini tapıb. Əlbəttə ki, Prezident İlham Əliyevin təklifləri Azərbaycan xalqının və dövlətinin maraqlarına tamamilə uyğundur”.

 

M.İbrahim qızı qeyd edib ki, ötən gün baş tutmuş müşavirə Azərbaycan dövlətinin və xalqının perspektivlərindən xəbər verir: “Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması regionun taleyi üçün böyük əhəmiyyətə malikdir. Bu gün regionun təhlükəsizliyi, dayanıqlı sülhün bərpası məhz postmüharibə dövründə münasibətlərin gedişindən asılıdır. Şübhəsiz ki, Azərbaycan bölgənin lider dövləti, möhtərəm Prezidentimiz isə gündəmi müəyyən edən liderdir. Ona görə də müəyyən dairələrin prosesi pozmaq cəhdlərinə baxmayaraq, Azərbaycan dövlətinin zərgər dəqiqliyi ilə hazırladığı 5 baza prinsipinə əsaslanan sülh təklifi Ermənistanın ali siyasi rəhbərliyi tərəfindən qəbul edilib. Həmin təkliflər hər iki dövlətin mənafeyinə uyğundur. Beş baza prinsipinə dayanan həmin maddələr Azərbaycan xalqının və dövlətinin maraqlarını tam təmin edir, eyni zamanda, beynəlxalq təşkilatları qane edir. Aprelin 6-da keçirilən Brüssel görüşündə də şahidi olduq ki, Azərbaycanın sülh təklifi Avropa İttifaqının Prezidenti Şarl Mişel tərəfindən də müsbət qarşılanıb. Bunun nəticəsidir ki, 30 ildən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri bilavasitə təmasa keçiblər. Həmçinin, yaxın günlərdə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı, eləcə də sülh müqaviləsinin imzalanması üçün xüsusi komissiya da yaradılacaq. Bunların hər biri Prezident İlham Əliyevin diplomatiyasının zəfərinin təntənəsi, onun yenilməzliyinin və qətiyyətinin göstəricisidir. Həyata keçirilən bütün işlər, reallaşdırılan layihələr Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu bir daha sübut edir.

 

Prezident İlham Əliyev müşavirədə digər beynəlxalq təşkilatların da Qarabağla bağlı müvafiq qətnamələr qəbul etdiyini bildirdi. Həmçinin qeyd etdi ki, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qətnamələrdə işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın maddi-mənəvi, mədəniyyət və incəsənət, eləcə də tarixi abidələrinin Ermənistan tərəfindən darmadağın edilməsinin vurğulanması Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması baxımından böyük əhəmiyyətə malikdir. Təsəvvür edin, bu gün dövlət sanki yeni ölkə qürur. Yəni, müstəqil dövlətin nəzarətində olan ərazilərdə bu qədər yənidənqurma işlərinin həyata keçirilməsi, yaşayış məskəni salmaq möcüzədir. Prezidentin həmin coğrafiyanın hər cığırını, hər küncünü, hər çayını, dağını, daşını dəqiqliklə tanıması heyrətamizdir. Prezidentin Qarabağ bölgəsini belə dəqiqliklə təsvir erməsi onun bu sahənin yüksək mütəxəssisi olduğu təəssüratını bağışlayır. Həqiqətən də, Prezident olmaq hər mövzunu mütəxəssis qədər dəqiq bilmək anlamına gəlmir, amma cənab İlham Əliyev danışdıqca onun güclü diplomat və iqtisadçı olmasından savayı, həm də yol quruculuğu, hava nəqliyyatı, coğrafiya, geodeziya, enerji təhlükəsizliyi, ümumiyyətlə hər bir sahədə yüksək intellektə malik olmasına heyran qalmamaq mümkün deyildi. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyev üçün kiçik və böyük iş yoxdur, yəni o, bütün işlərin mahir bilicisidir. Prezident, həmçinin, qeyd etdi ki, insan hüquqlarından, humanizm prinsiplərindən danışan beynəlxalq təşkilatlar bu gün susqundurlar. Bu, onların riyakarlığı və ermənipərəst mövqeyidir. Möhtərəm Prezident faktları xatırlatdıqca, darmadağın edilmiş Qarabağın infrastrukturu barədə məlumat verdikcə dəfələrlə bildirdi ki, hətta sülh müqaviləsi imzalasaq da, qonşularımızın erməni olduğunu, bizə qarşı törədilən terror aktlarını, Xocalı faciəsini unutmamalıyıq. Bu gün ermənilər məğlub və acınacaqlı vəziyyətdə olsalar da, onları dəstəkləyən qüvvələrin gələcək mövqelərinə arxayın olmaq olmaz. Ona görə də xalqımız bu qəbilənin törətdiyi vəhşilikləri hər zaman xatırlamalıdır. Doğrudur, Azərbaycan xalqı sülh şəraitində yaşamaq istəyir, lakin biz onların gələcəkdə nə iş görəcəklərinə əmin ola bilmərik. Bu erməni qəbiləsi hər zaman Azərbaycan və Türkiyə əleyhinə çıxış edən supergüc dövlətlərin əlində alət olub. Ona görə də Azərbaycan sülhün bərqərar olmasının tərəfdarı olsa da, onların törətdiyi soyqırımları heç zaman unutmaycaq və gələcək nəsilləri bu barədə ətraflı bilgiləndirəcək. Dünənki müşavirəni tarixi müşavirə adlandırardım. Bu müşavirə Azərbaycan dövlətinin gücünün göstəricisi, xalqın əvəzedilməz lideri İlham Əliyevin yenilməzliyinin növbəti sübutu idi”.

 

Nəzrin Cavid

Tarix: 13 Aprel 2022, 13:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin