BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyə Mariupoldan insanların təxliyəsi üçün gəmilər ayırdı

Türkiyə Mariupoldan insanların təxliyəsi üçün gəmilər ayırıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Naziri Hülusi Akar məlumat verib.

 

"Rusiya və Ukraynanın müdafiə nazirlikləri ilə daimi əlaqə saxlayırıq.Türkiyə gəmilərin ayrılması da daxil olmaqla, orada təhlükəsiz təxliyənin həyata keçirilməsi üçün lazım olan hər şeyi edib və etməkdə davam edir. Yaxın günlərdə bununla bağlı bəzi müsbət irəliləyişlərin olacağını gözləyirik. Son vaxtlar orada humanitar vəziyyət pisləşib. Türkiyə vətəndaşları ilə birlikdə mülki insanları təxliyə etmək üçün bütün hazırlıqları gördük. Bildiyimiz kimi şəhərin bir hissəsi Rusiya, bir hissəsi də Ukraynanın nəzarətindədir. Yenə də buna baxmayaraq humanitar baxımdan nə etmək lazımdırsa, onu etməyə çalışırıq."

 

Leyla

 

 

Tarix: 13 Aprel 2022, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin