BURADA REKLAMINIZ OLA
BİLƏR

"Rusiya neftinə embarqo qoyulsun" - Zelenskidən ÇAĞIRIŞ

 Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrini Rusiyaya sponsorluq etməyi dayandırmağa çağırıb.

Pravda.az xəbər verir ki, Zelenski bunu Estoniya Parlamentindəki çıxışı zamanı deyib.

 O, Rusiya neftinə Avropq İttifaqı (Aİ) miqyasında embarqo tətbiq etməyə çağırıb.

"Aİ ukraynalıların deportasiyasını dayandırmaq və onları evlərinə qaytarmaq üçün Rusiyaya təsir edəcək vasitələr tapmalıdır. İttifaqın bunu təmin etmək gücü var və bu gücdən istifadə etməlidir. Rusiya zorla köçürülmüş ukraynalıları, minlərlə oğurlanmış uşağı qaytarana qədər Avropa dövlətlərindən və ya şirkətlərindən heç bir qazanc əldə etməməlidir. Avropa İttifaqı ukraynalıların deportasiyasına sponsorluq etməməlidir. Aİ-nin müharibənin sponsoru olmağa haqqı yoxdur." - Zelenski vurğulayıb.

Leyla

Tarix: 13 Aprel 2022, 14:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin