BURADA REKLAMINIZ OLA
BİLƏR

Podolyak: "Sübut etməliyik ki..."

“Prezidentlər səviyyəsində görüş lazımdır, çünki yalnız bu yolla Ukrayna və Rusiya arasında fundamental mübahisəni həll etmək və müharibəni dayandırmaq mümkün olacaq”.

 

Pravda.az "UNİAN"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna və Rusiya arasındakı danışıqların gedişatını şərh edərkən deyib.

 

O, eyni zamanda qeyd edib ki, bu görüşün baş tutması üçün müəyyən mövqelərin olması lazımdır: “Ukrayna üçün bu mövqelər aydındır. Biz döyüşə biləcəyimizi sübut etməliyik və bunu artıq sübut etmişik. Sübut etməliyik ki, Rusiya yalnız iqtisadiyyatda deyil, həm də döyüş meydanında çox şey itirmiş olacaq”.

 

Leyla 

Tarix: 13 Aprel 2022, 16:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin