BURADA REKLAMINIZ OLA
BİLƏR

Talış və Suqovuşanda minaların təmizlənməsində dronlardan istifadə olunacaq

Tərtərin işğaldan azad edilmiş ərazilərində minatəmizləmə işləri davam edir.

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı minatəmizləmə əməliyyatlarına minaaxtaran dronlar da cəlb ediləcək.

 

Mütəxəssislər xüsusi cihazlarla təchiz olunmuş dronların artıq bir neçə ərazidə istifadə edildiyini bildiriblər. Xüsusi cihazlarla təchiz olunmuş pilotsuz uçuş aparatı əsasən hərbi əməliyyatlar aparılmış ərazilərdə mina sahələrinin dəqiq yerlərini aşkarlamaq işlərində istifadə edilir.

 

Bu tətbiqdən Tərtər rayonunun işğaldan azad edilmiş Çaylı, Talış kəndləri və Suqovuşan qəsəbəsi ərazisindəki mina və hərbi sursatlarla çirklənmiş ərazilərdə istifadə olunacaq.

Tarix: 14 Aprel 2022, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin