BURADA REKLAMINIZ OLA
BİLƏR

"Biz İrəvana gələk dedik, onlarsa..." - Çavuşoğlu

"Ermənistanla bağlı konkret addımlar atılacaq. Cənubi Qafqazın sabitliyi üçün münasibətlər normallaşdırmalıdır".

 

Pravda.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

 

" Türkiyə və Ermənistan xüsusi nümayəndələri yenidən görüşəcək Ermənistana demək istərdim ki, üçüncü ölkədə görüşməyə ehtiyac varmı? Əgər öz ölkələrimizdə görüşə bilmiriksə, başqa məsələlərdə necə addımlar atacaqsınız? Bunu onları günahlandırmaq üçün demirəm, amma bir az cəsarətli olsunlar. Hətta biz İrəvana gələk dedik,  onlarsa “yox, üçüncü ölkədə görüşək” dedilər" - Çavuşoğlu vurğulayıb.

 

Leyla

Tarix: 14 Aprel 2022, 13:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin