BURADA REKLAMINIZ OLA
BİLƏR

“ABŞ-dan Avropaya enerji resurslarının tədarükü qat-qat baha başa gələcək” - Putin

“Rusiyaya dost olmayan ölkələr özləri etiraf edirlər ki, onlar Rusiyanın enerji resursları, o cümlədən qazı olmadan bunun öhdəsindən gələ bilməyəcəklər. ABŞ-dan Avropaya enerji resurslarının tədarükü qat-qat baha başa gələcək”.

 

Pravda.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

 

Onun sözlərinə görə, Avropa ölkələri Rusiyanın enerji resurslarından imtina ilə bağlı bəyanatları ilə özləri bazarda sabitliyi pozur və öz vətəndaşları üçün qiymətləri şişirdirlər.

Putin qeyd edib ki, Qərbin Rusiya enerji resurslarının tədarükünü sıxışdırmaq cəhdləri dünya iqtisadiyyatına təsir edəcək.

 

Leyla

Tarix: 14 Aprel 2022, 16:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin