BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Vətən müharibəsində yaralanan hərbçilərin sayı açıqlandı

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan və torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sayı açıqlanıb.

 

Pravda.az xəbər verir ki, müharibə zamanı 11 110 nəfər yaralanıb.

 

Yaralı hərbçilərin hamısına vaxtında tibbi yardım göstərilib və döyüş meydanından təxliyə olunublar.

 

Aprelin 14-də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının yaradılmasının 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Vətən müharibəsi zamanı yaralıların döyüş meydanından təxliyə olunması, 11 110 nəfərə tibbi yardımın göstərilməsi və tezliklə sağalması üçün əllərindən gələni edən tibb işçilərinə təşəkkürünü bildirib.

Tarix: 14 Aprel 2022, 16:30   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin