BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu hərbi qulluqçuların geyim formaları müəyyən ediləcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normaları hazırlanacaq.

Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi qulluqçularının hərbi geyim forması və ləvazimat ilə təmin edilməsi normalarını iki ay müddətində müəyyən etməlidir.

Nazirlər Kabineti eyni zamanda bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.



Tarix: 14 Aprel 2022, 18:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin