BURADA REKLAMINIZ OLA
BİLƏR

Rauf Abdullayev nə işlə məşğuldur?

""Su da bir yerdə duranda iylənir" deyirlər. Azərbaycanda musiqi sahəsində bir vəzifədə 20-30 il qalmaq normal sayılır. Məhz bu dəstə də böyük istedadları olan Azərbaycan musiqisi qarşısında ciddi bir maneədir. Bu qoca dəstə gənc musiqiçilərin inkişafında ən böyük əngəldir".

 

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.

 

"1984-cü ildə dahi Niyazi vəfat edəndən sonra Rauf Abdullayev Dövlət Simfonik orkestrin dirijoru və bədii rəhbəri təyin olunur. Azərbaycanın ağır günlərdə 1991-1997-ci illərdə Rauf Abdullayev Orkestri qoyub Türkiyəyə işləməyə gedir, ölkədə vəziyyət düzələn kimi 1997-ci ildə ölkəyə qayıdır və dərhal yenidən Orkestrin bədii rəhbəri və baş dirijoru təyin olunur və bu günə qədər də həmin vəzifədədir. Dirijor vəzifəsinin fiziki hazırlıq da tələb etdiyini heç olmasa bir dəfə konsertdə olmuş hər insan bilir. İndi təsəvvür edin ki, 85 yaşlı insan orkestri necə idarə edir və hansı konsertləri verir. Bu illər ərzində isə onlarla istedadlı dirijorlar öz layiqli yerlərini tapa bilmədiyindən ölkə kənarında fəaliyyət göstərməklə məşğuldurlar. Bilmirəm, ancaq bilənlər varsa son 10 ildə Rauf Abdullayevin harada konsertlər verdiyini və hansı xarici ölkələrdə zəngin Azərbaycan mədəniyyətini təmsil etdiyini şərhlərdə yazsınlar ki, gələcək araşdırmamda və yazılarımda istifadə edim. Bildiyim bir çox digər hallar barədə yazmağı isə özümə sığışdırmıram" - A.İsmayılov qeyd edib.

 

Nadir

Tarix: 14 Aprel 2022, 18:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin