BURADA REKLAMINIZ OLA
BİLƏR

Cavanşir Feyziyevin şirkəti yenə cərimələndi

Deputat Cavanşir Feyziyevə məxsus (qeyri-rəsmi) “Avromed Company” şirkətinə daha bir cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət  barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Rauf Əhmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmə iclası aprelin 26-na təyin edilib.

 

Xatırlatma: Daha əvvəl “Avromed Company” barəsində İXM-nin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə 3 cərimə protokolu yazılıb. Bu işlər Nizami Rayon Məhkəməsinin hakimi Nəriman Mehdiyevin (1) və Azər Tağıyevin (2) icraatlarına verilib.

 

Qeyd: “Avromed Company” 2002-ci ilin aprelindən fəaliyyətə başlayıb. Şirkət Azərbaycana xaricdən dərman gətirən şirkət kimi məşhurdur.

 

Kamal Məmmədov

Tarix: 15 Aprel 2022, 07:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin