BURADA REKLAMINIZ OLA
BİLƏR

“Muğan Bank”ın lizinq şirkətinə növbəti dəfə cərimə tətbiq edildi

“Muğan Bank”ın lizinq şirkətinə növbəti dəfə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, “Muğan Lizinq” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Hafiz Kamranovun icraatına verilib.

 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: “Muğan Lizinq” MMC-yə daha əvvəl eyni xətaya görə cərimə protokolu yazılıb.

 

Qeyd edək ki, 2020-ci ildə Vergilər Nazirliyi “Muğan Lizinq” MMC-ni dövlət qeydiyyatına alıb. Yeni lizinq şirkəti “Muğan Bank” ASC-nin “Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.

 

Kamal Məmmədov

Tarix: 15 Aprel 2022, 07:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin