BURADA REKLAMINIZ OLA
BİLƏR

"Barselona" mübarizəni dayandırıb

UEFA Avropa Liqasında yarımfinalın daha 2 iştirakçısı bəlli olub.

 

1/4 finalın cavab oyunlarından sonra Almaniya "Leyptsiq"i ilə yanaşı, bu ölkənin digər təmsilçisi "Ayntraxt" və İngiltərə "Vest Hem"i növbəti mərhələyə vəsiqə əldə edib.

 

Gecənin sensasiyası İspaniyada qeyd alınıb. Evdə "Ayntraxt"a 2:3 hesabı ilə uduzan "Barselona" mübarizəni dayandırıb. "Vest Hem" isə Fransada "Lion"a qalib gəlib.

 

Şotlandiyada "Reyncers" və Portuqaliya "Braqa"sı arasında keçirilən oyunun əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən görüşdə əlavə vaxt oynanılır.

Tarix: 15 Aprel 2022, 01:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin