BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda məhdudiyyətlər aradan qaldırılır - RƏSMİ AÇIQLAMA

COVID pasportunun ləğv edilib-edilməyəcəyi məsələsinə aydınlıq gətirilib.

 

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib ki, koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər mərhələli şəkildə aradan qaldırılır.

 

“Bu, ölkədə COVID-19 infeksiyasının yayılması tezliyi əsasında müəyyənləşir. Bir çox məhdudiyyətlərin aradan qaldırılması müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə verilən təkliflər əsasında dəyərləndirilir. Ümid edirik ki, yaxın vaxtlarda verilən təkliflərlə bağlı da qərarlar qəbul ediləcək və digər məhdudiyyətlər də aradan qaldırılacaq”, - Vüqar Qurbanov qeyd edib.

 

APA

Tarix: 15 Aprel 2022, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin