BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistan Türkiyə ilə quru sərhədlərin açılmasını təklif edir

Ermənistan və Türkiyənin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıç, ilkin razılaşmaya əsasən, iki ölkə arasında münasibətlərin normallaşmasına dair növbəti görüşü Vyanada keçirəcəklər.

 

Pravda.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.

 

 O əlavə edib ki, görüşün tarixi hələ dəqiqləşdirilir.

 

Hunanyan əlavə edib ki, Ermənistan münasibətlərin normallaşması çərçivəsində ilk mərhələdə Türkiyəyə diplomatik pasportu olanlar üçün quru sərhədlərinin açılmasını təklif edir.

 

Leyla

Tarix: 15 Aprel 2022, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin