BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda qadın itkin düşdü

Bakıda 46 yaşlı qadın itkin düşüb.

 

Pravda.az-ın xəbərinə görə, Sabunçu rayon, Ramanı  qəsəbəsi, M. Ə. Sabir küçəsi, dalan 2, ev 18-də yaşayan, ruhi xəstəliyi olan,  1974-cü il təvəllüdlü Qubuşova Bahar Əli qızı fevralın 25-də səhər saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Qadını sonuncu dəfə evlərinin yaxınlığında olan mağazada avtobusa minərək getdiyini görüblər. Qadının ailə üzvləri faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verilib.APA

Tarix: 29 Fevral 2020, 10:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin