BURADA REKLAMINIZ OLA
BİLƏR

"Zelenski tələbimə cavab verməyib" - Medvedçukun həyat yoldaşı

Ukraynalı siyasətçi Viktor Medvedçukun həyat yoldaşı Oksana Marçenko Moskvada Rusiya ictimai palatasında mətbuat konfransı keçirir. 


Pravda.az "ТАSS"a istinadən verdiyi xəbərə görə, O.Marçenko bildirib ki, hələ də ərinin harada olmasından xəbərsizdir. 


O eyni zamanda qeyd edib ki, Ukrayna prezidenti Volodimir Zelenski ərini azad etməklə bağlı tələbinə cavab verməyib.
 

Qeyd edək ki, Ukraynanın "Müxalifət Platformu - Həyat naminə" partiyası siyasi şurasının sədri Viktor Medvedçuk aprelin 12-də Ukrayna təhlükəsizlik xidməti tərəfindən ələ keçirilib.

Leyla


Tarix: 15 Aprel 2022, 14:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin