Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq, ölkədə demoqrafik vəziyyət, gender bərabərliyi və ailə institutları ilə bağlı göstəricilərin yaxşılaşmasına nail olunub. Nəzərə almaq lazımdır ki, Azərbaycan 1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə bərabərhüquqluluq prinsipinin tətbiq edilməsi nəticəsində Şərqdə qadınlara seçmək və seçilmək hüququnu tanıyan ilk ölkə kimi tarixə düşüb. Ona görə də, ənənələrə sadiq qalmaq və qloballaşan dünyada dövlətlərin inkişafı üçün gender və demoqrafiya amilinin vacib olduğunu nəzərdən qaçırmamaq lazımdır. Həmçinin, müasir dövrdə gender bərabərliyinin dövlət idarəetməsində, siyasi sferada qorunması da aktualdır.
Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, Azərbaycanda ictimai həyatın siyasi sferalarında qadın və kişilərin hüquq bərabərliyi təmin edilir:

“Ölkədə gender bərabərliyini pozan, qadınlara qarşı ayrı-seçkiliyə səbəb olan qanun mövcud deyil. Azərbaycan dünyəvi və hüquqi dövlətdir. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ilk illər xalqımız üçün ağır keçsə də, Azərbaycan inkişaf yoluna qədəm qoyub. Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Bakıya qayıtdıqdan və səs çoxluğu ilə Prezident seçildikdən sonra qarşıda duran vəzifələrdən biri də ölkədə gender bərabərliyinin təmin olunması ilə bağlı olub. Daha sonra isə, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gender bərabərliyinin qorunması üçün ciddi addımlar atılıb, vacib istiqamətlər müəyyənləşdirilib. İndi ölkəmizin idarəçilik sistemində qadınların böyük pay sahibi olduğu açıq-aşkardır. Hazırda Azərbaycanda qadınlar dövlət və özünüidaretmə orqanlarında, eləcə də özəl sektorda yüksək vəzifələrə sahibdirlər. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı uğurlu nümunə kimi göstərə bilərik. Mehriban Əliyevə uzun illər müxtəlif vəzifələrdə çalışıb, Azərbaycan parlamentində təmsil olunub, nəhayət bir neçə ildir ki, Birinci vitse-prezident statusunu daşıyır. Eyni zamanda, VI çağırış Milli Məclisin sədri Sahibə Qafarova, o cümlədən parlamentin digər qadın deputatları da ölkənin ictimai-siyasi həyatında ciddi pay sahibidirlər. Bundan başqa, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bəzilərinə rəhbərlik, həmçinin müəyyən idarə və təşkilatlarda vacib vəzifələr xanımlara tapşırılıb. Vətəndaş cəmiyyətlərində, idman yarışlarında, beynəlxalq turnirlərdə də qadınların rolunu danmaq olmaz. Bir sözlə, Azərbaycan hüquqi və dünyəvi dövlət kimi inkişaf etməkdədir və ölkəmizdə gender bərabərliyi tamhüquqludur. Xanımların müxtəlif qurumlarda təmsil olunmaları, rəhbər vəzifələrdə çalışmaları Azərbaycanda gender balansının qorunduğunu təsdiq edir. Ölkədə məqsədyönlü şəkildə gender siyasəti aparılır və gender balansının tarazlaşdırılması dövlətin diqqət mərkəzindədir. Sözsüz ki, dövlətin və cəmiyyətin idarə olunmasında qadınların rolunun artırılması vacib məsələlərdəndir”.
Sosioloq Asif Bayramov isə bildirib ki, bütün cəmiyyətlərdə qadına və kişiyə tarixən formalaşmış ənənəvi yanaşma konsepsiyası mövcuddur:

“Bu, həmin cəmiyyətin əxlaqi və mənəvi dəyərlərində, məişət həyatında və digər məqamlarda təzahür edir. Bu gün Avropanın bizə təqdim etdiyi gender bərabərliyi modeli Azərbaycan coğrafiyasında tarixən formalaşmış dəyərlər, yanaşmalar, konseptual baxışlar və əxlaq sistemi ilə tam uzlaşmır. Əgər həmin gender modeli cəmiyyətimizin hansısa parametrlərində uzlaşma yaratmırsa, bu, ümumilikdə gender bərabərliyinin pozulması mənasına gəlmir. Biz gender bərabərliyinə qadın hüquqlarının müdafiəsi kimi yanaşsaq, əminliklə deyə bilərəm ki, Azərbaycan cəmiyyətində qadın hüquqları xüsusilə XX əsrdən etibarən yeni müstəviyə qədəm qoyub. Təsadüfi deyil ki, Avropa cəmiyyətlərindən əvvəl məhz Azərbaycanda qadınlara seçki hüququ verilib. Yəni, bunu qəfil qəbul edilən qərar kimi səciyyələndirmək olmaz. Bu, Azərbaycan cəmiyyətində qadına göstərilən qayğı və diqqətin məntiqi yekunu idi. Ona görə də ölkədə yalnız istisna hallarda hansısa ailələrdə qadınla kişinin uyğunsuzluğu bütün Azərbaycan cəmiyyətində həmin mentallığın mövcud olmasına dəlalət etmir. Hesab edirəm ki, ölkəmizdə gender bərabərliyi tarixən özünəməxsus formada inkişaf edib, lokal xarakter daşıyır və ya regional modelə malikdir. Mövcud gender bərabərliyi modeli Avropanın təqdim etdiyi modeldən fərqli olsa da, Azərbaycan əxlaqının, milli mənliyinin və ailə institutunun üzərində qurulub. Əgər biz bu modeli zorakı şəkildə Avropa modeli müstəvisinə keçirmək istəsək, Azərbaycan ailələri və ailə institutunun təməli yerlə-yeksan olar. Bu, kifayət qədər həssas məsələdir. Aydındır ki, Qərb cəmiyyəti Azərbaycan cəmiyyətinin şüuruna və ictimai həyatına bu düşüncəni yeritməklə xalqımızın qayğısına qalmır. Bu, sadəcə olaraq, Azərbaycan xalqının təməlində dayanan və tarixin bütün keşməkeşlərindən bizi üzüağ çıxaran ənənəvi ailə institutunu dağıtmaq məqsədi daşıyır”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə dərc olunub.
Nəzrin Cavid

24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin