BURADA REKLAMINIZ OLA
BİLƏR

Notr-Dam kilsəsinin altından qiymətli tapıntılar aşkar edildi

Parisin simvollarından hesab olunan Notr Dam katedralının bərpası prosesində arxeoloji qazıntılar zamanı içərisinə cəsədi olan qurğuşun sarkofaq da daxil olmaqla xeyli sayda qiymətli tapıntılar aşkar edilib.

 

Pravda.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, tapıntılar Fransanın Milli Arxeoloji Araşdırmalar İnstitutu (INRAP) tərəfindən aşkar edilib.

 

Qeyd edilir ki, ən qeyri-adi tapıntı 20 metr dərinlikdə basdırılmış qurğuşun sarkofaqdır.

 

Onun içərisində yüksək vəzifəli kilsə məmurunun cəsədi olduğu ehtimal edilir. Alimlər hesab edirlər ki, tabut 14-cü əsrə aiddir. Aşkar edilmiş cəsəddən DNT testi üçün nümunələr götürülərək, onun kimə aid olması araşdırılır.

 

Bundan başqa tapıntılar arasında heykəltəraşlığın qeyri-adi nümunələrindən biri olan insan başı fiquru da var. Fiqurun İsa peyğəmbərin təsviri olduğu güman edilir.

 

Qeyd edək ki, Notr-Dam katedrali 2019-cu ilin aprelində baş verən yanğın zamanı ciddi ziyan görmüşdü.

 

Leyla

Tarix: 15 Aprel 2022, 17:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin