BURADA REKLAMINIZ OLA
BİLƏR

“Optimal Elektronika”nın rəhbərinə qanunvericiliyi pozduğuna görə cərimə protokolu yazılıdı

Bakıda şirkət direktoru əmək qanunvericiliyini pozduğuna görə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mürvətov Əsgərov Əhəd Tofiq oğlu barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmə iclası aprelin 22-nə təyin edilib.

 

Qeyd: Əsgərov Əhəd Tofiq oğlu “Optimal Elektronika” MMC təsisçisi və baş direktoru və “Optimal Finance Bank Olmayan Kredit Təşkilatı” MMC-nin direktorudur.

 

Kamal Məmmədov

Tarix: 16 Aprel 2022, 07:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin