BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərişıq” növbəti dəfə icra məmurunun tələblərini yerinə yetirmədi

“Azərişıq” ASC-yə cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Azər Tağıyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 26-na təyin edilib.

 

Qeyd: Daha əvvəl “Azərişıq” ASC-yə bu xəyata görə cərimə protokolu yazılıb və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Solmaz Mustafayevanın icraatına verilib.

Tarix: 16 Aprel 2022, 07:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin