BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhaliyə sevindirici xəbər - Bu qadağalar ləğv olunacaq - VİDEO

Bugündən ölkəmizə giriş üçün tələb olunan PCR testin neqativ nəticəsini təqdim etmək tələbi ləğv edilib.  ''TƏBİB''in idarə heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib ki, qüvvədə olan digər məhdudiyyətlərin aradan qaldırılması üçün artıq hökumətə müraciət edilib. Çünki Azərbaycanda koronavirus pandemiyası tam nəzarət altındadır.

 

Ölkəmizdə koronavirusla bağlı mövcud epidemioloji durum davam edərsə pandemiya ilə bağlı qüvvədə olan məhdudiyyətlər aradan qaldırıla bilər. Bunun üçün artıq hökümətə müraciət edilib. Bunu jurnalistlərə açıqlamasında ''TƏBİB''-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə koronavirus məhdudiyyətləri növbəli şəkildə aradan qaldırılır.

 

Vüqar Qurbanov əlavə edib ki, Azərbaycan COVID-19-a qarşı ən effektiv mübarizə aparan ölkələrdəndir.

 

Qeyd edək ki, bugündən Azərbaycana giriş üçün covıd-19-a dair pcr testin neqativ nəticəsini təqdim etmək tələbi ləğv olunub. həmçinin ölkədaxili uçuşlar zamanı da sərnişinlərdən koronavirusa dair pcr testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

 

Tarix: 16 Aprel 2022, 07:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin