“Hava qızır, yay gəlir. Məni ən çox düşündürən insanların geyimləridir. Hava isti olanda, biz nədənsə kişili-qadınlı layiq olmayan geyimlərdən istifadə edirik. Xatırlayıram, 20-25 il əvvəl mətbuatda məqalələrlə çıxış edirdim, kişilər utanır, amma qadınlar küçədə mayka ilə gəzir... Özümüzə oxşamalıyıq, qafqazlıyıq, qürurumuzu, əxlaqımızı, həyamızı əldən verməli deyilik”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.
T.Kərimli qeyd edib ki, insanları tam örtülü geyinməyə də məcbur etmək düzgün deyil: “Amma açıq-saçıq geyimlər mənəviyyatımıza yaraşmır, bu, qadın və kişilərdə şəhvət hissi oyadır, saf sevgiyə inamı azaldır, əxlaqsızlığa yol açır. Sovet dövründə kommunizmin “Əxlaq kodeksi” vardı. Bu kodeksə uyğun olaraq hər kəs əxlaqını qorumalı idi... Filmlərdə belə, insanları cüzi yoldan çıxara bilən mənəviyyatsızlıqlara yol vermirdilər. Ədəbiyyatda da senzura vardı. 1991-ci ildə Azərbaycan Ali Sovetində deputat olarkən ilk çıxışlarımın birində təklif etmişdim ki, Mənəviyyat komissiyası, “Əxlaq polisi” yaradılsın. Amma bu təklifə etiraz etdilər ki, mümkün deyil, bu, təbii yolla olmalıdır. Mən də buna etiraz etdim, çünki sosializm yalnız bir ideologiyaya yol verirdi, digərlərini qadağan edirdi. Kapitalizm isə hər şeyə icazə verir, pisə də, yaxşıya da. Tutaq ki, mehmanxanalarda, restoranlarda müəyyən əxlaqsız hallara rast gəlinirdisə, bu, 10 dəfələrlə artacaqdı. Təəssüf ki, mənə qulaq asan olmadı, proqnozum düz çıxdı... Artıq bu, əhəmiyyətini belə, itirib. Mən “Əxlaq polisi” deyəndə şəxsi həyata müdaxiləni nəzərdə tutmurdum... İnsanlar düşünə bilər ki, geyim fərdi məsələdir. Bu, belə deyil. Kimsə cəmiyyətin ziddinə fərdi hərəkət edə bilməz. Ümumi qaydaları, adət-ənənəni pozmaq olmaz. Kişilər saqqal uzadırlar, qulaqlarına, burunlarına, sinələrinə müxtəlif alətlər taxırlar. Qadınların da bəziləri tamamilə bayağı geyinirlər, axı sən sabahın anasısan, övlad tərbiyə edəcəksən. Nəsilləri kormalaq olmaz. İranda xiyabanlarda qadınların və kişilərin ayrı-ayrı gəzmələri ilə bağlı qayda müəyyən olunub. Hətta bu, çimərliklərdə də tətbiq edilir. Demirəm, bizdə də belə olsun, Azərbaycan dini dövlət deyil, ölkədə tolerantlıq mühiti var. Amma heç kəs də əxlaqsızlığı açıq təbliğ edə bilməz. Vaxtilə Türkiyə Qərbin tam təsiri altında olanda, çəkilən filmlərdə ac qadın obrazları canlandırılırdı. Onlar aclıqdan restoranlarda müğənnlik edərdilər, kəbindənkənar uşaqları olardı... Bunu bilərəkdən yayırdılar. Qərb bunu müasirlik kimi təbliğ edirdi. Türkiyəli müğənnilərdən biri bildirmişdi ki, IV sinif oxuyub, amma milyonları var. Azərbaycanda da bəzi müğənnilər televiziyalarda “Savad nəyimə lazımdır”, “Həcimə desəm, pul göndərəcək, maşın, mənzil alacaq” tipli zərərli fikirlər səsləndirirlər. Mənəviyyatı olmayan insanları nümunə kimi təqdim edirlər. Ailəsi olmayan insanlar ailənin necə olmasından danışılar, cəmiyyətə yol göstərirlər. Belə insanlar televiziyalardan yığışdırılmalıdır. Hər kəs etiraz etməlidir ki, televiziyalar bu cür hallara yol verməsinlər. İnternetdə baş verənlər də məni narahat edir. Cəmiyyət olaraq mübarizə aparmalıyıq. Həya insanlığın yarısıdır. Başqalarına oxşamaqdan çəkinməliyik, pis vərdişlərdən uzaq durmalıyıq. Xarici ölkələrə, yəni inkişaf etmiş dövlətlərə elmdə, təhsildə oxşayaq. Doğrusu, ölkə üçün çox narahatam. Hətta çıxışlarımın birində demişdim ki, Azərbaycanı “Göyçək Fatma” kimi görürəm. Vətənimi hər şeydən üstün tuturam. Cəmiyyətimiz məsuliyyətli olmalıdır, əxlaqımızı qorumalıyıq, övladlarımıza düzgün tərbiyə verməliyik. Təəssüflər olsun ki, keçid dövründə bəzi savadsız insanlar vəzifələrə gəldilər, ətraflarına da özləri kimi cahilləri yığdılar, sərvət topladılar, yüngül əxlaqlı qadınlarla əyləndilər. İctimai nəzarət güclü olmalıdır ki, bu insanlar xalqımızın əxlaqını pozmağa cürət etməsinlər”.
Kənan Mirzəyev
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin