BURADA REKLAMINIZ OLA
BİLƏR

Tunis sahillərində içərisində Azərbaycan vətəndaşları olan gəmi batdı

Tunisin Qabes şəhərinin limanı yaxınlığında ticarət gəmisi batıb.

 

Bu barədə “Mosaique FM” radiostansiyası məlumat yayıb.

 

Gəminin Türkiyə və Azərbaycan vətəndaşları olan yeddi ekipaj üzvünün hamısı xilas edilib.

 

Qabes xəstəxanasına çatdırılan zərərçəkənlərin vəziyyəti stabil qiymətləndirilir.

 

Bildirilir ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi su sızması səbəbindən batmağa başlayıb, bundan sonra ekipaj üzvləri siqnal məşəlləri atıblar və bu, sahil mühafizəsinin diqqətini çəkib.

Tarix: 16 Aprel 2022, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin